Mbappe Azərbaycanla oyun üçün Bakıya gəlməyəcək
- 18:50
- 38
Fransa millisinin və İspaniyanın "Real" (Madrid) klubunun kapitanı Kilian Mbappe zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçiriləcək matçı buraxacaq.
Rekord.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Mbappe sağ topuğundakı zədə səbəbindən oyunda iştirak etməyəcək.
Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.