Millimizin sabiq müdafiəçisi Mahir Şükürov "Neftçi" klubunun fəaliyyətini tənqid edib.

Rekord.az xəbər verir ki, ARB-24 kanalına müsahibəsində veteran futbolçu komandanın uğursuz çıxışlarının səbəbini klubun rəhbərliyinin fəaliyyətsizliyi ilə əlaqələndirib.

Onun fikrincə, nə qədər ki, klubun prezidenti vəzifəsində Kamran Quliyev var, "Neftçi" yalnız "yerli liqada başını fırlayacaq, Avropada qrupa düşə bilməyəcək".

M.Şükürovun fikirlərinin yer aldığı videonu təqdim edirik.