
Lorisi dünyanın ən yaxşı qapıçılarından sayır
- 10 Dek 2022 20:00
- 441
İngiltərə millisinin hücumçusu Gari Keyn komanda yoldaşı Uqo Lorris haqda fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, "Sky Sports"a açıqlama verən Keyn Lorris haqda yüksək fikirlər söyləyib.
O, Fransa millisinin qapıçısını dünyanın ən yaxşı qapıçılarından hesab etdiyini açıqlayıb: "Bizim əla münasibətimiz var. Ailələrimiz, həyat yoldaşlarımız da futboldan kənarda görüşüb gözəl zaman keçirirlər. O, həqiqətən də yaxşı oğlandır və dünyanın ən güclü qapıçılarından biridir. Lakin meydançada biz dost deyilik. Meydançaya yaxşı mübariz aparmaq üçün çıxacağıq".
Qeyd edək ki, Keynin forma geyindi İngiltərə milisi Lorrisin qapısını qoruduğu Fransa millisi ilə mundialın 1/4 finalında üz-üzə gələcək.