“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 29-cu turunun “Turan Tovuz”la səfər oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:


“Oyun bizim üçün yaxşı başladı. Yaxşı qol şansı yaratdıq, lakin Eren Aydın epizoddan yararlana bilmədi. Daha sonra rəqib standart vəziyyətdən fərqləndi. 35-ci dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Fasilədən sonra isə sürəti artırıb, hücumda fəallıq göstərdik. Hesabı bərabərləşdirəndən sonra da imkanımız oldu. Amma ümumi baxanda, Tovuz səfərində 0:1-dən sonra bir xal qazanmaq yaxşı nəticədir. Bu gün meydanda yaxşı iş görən iki komanda var idi. Baxımlı futbol oynadıq. Bu gün yaxşı futboldan da danışmaq olar. Çempionatda gərgin mübarizə gedir. Hələ heç nə həll olunmayıb. Liqanı dördüncü yerdə bitirmək istəyirik. Digər tərəfdən finalda da rəqib “Sabah”dır və bilmirsən, kuboku qazana biləcəksən, ya yox. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bir plan tutub, davam edirik. Çalışacağıq ki, həm liqada, həm kubokda yaxşı nəticə qazanaq”.