“İnter”in hücumçusu Lautaro Martines Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Barselona” ilə oyunda qazandıqları qələbəni (1:0) şərh edib.

Rekord.az xəbər verir ki, o, oyundan həzz aldıqlarını deyib:

“Bu qələbə bizə lazım idi. Nə qədər əziyyət çəkdik, lakin oyundan daha da həzz alırıq. Yaxşı nəticə istəyirdik.

Bundan sonra hər şey dəyişəcək. Ümid edirik ki, bu qələbə ilə komanda ruhunda yüksəlişlə yenidən başlayacağıq.

Bu, qəlbin və şəxsiyyətin qələbəsi idi. Bütün nəticələr ürəkaçan olmasa da, gördüyümüz işdən razıyam. Bu dəfə qol lazımi anda gəldi və biz vacib matçda qalib gəldik”.

Çempionlar Liqasının C qrupunda turnir cədvəlinin ikinci pilləsinə yüksələn “İnter”in 6 xalı var. “Barselona” (3 xal) üçüncü yerdədir.