"Barselona"nın baş məşqçisi Ronald Kuman klubun maliyyə vəziyyətini şərh edib.

Rekord.az xəbər verir ki, son maliyyə hesabatına görə,  Kataloniya təmsilçisi 481 milyon avro itirib.

Niderlandlı mütəxəssis "Marca"ya açıqlamasında bununla bağlı deyib: "Bu klubun rəhbəri olduğuma görə peşman deyiləm. Vəziyyət həm mənim, həm də klub üçün çətindir. Çox şey itirdik.

Burada olmaq istəyirdim, amma belə problemləri gözləmirdim. Xüsusilə bu cür  maliyyə vəziyyətini. Ancaq mübarizə aparıram və burada olmaq istəyirəm. Kuboklar qazanmağı hədəfləmişəm".

Qeyd edək ki, Kuman 2020-ci ilin yayından "Barselona"nı çalışdırır. Ötən mövsüm klub onun rəhbərliyi altında İspaniya kubokunun qalibi olub.