"Kəpəz" klubunda müxtəlif ölkələrdən futbolçular çıxış etsə də, klubun heyətində tərcüməçi ştatı yoxdur.

Rekord.az bir dəfə bu haqda yazmış və problemin maddi duruma bağlı olduğunu qeyd etmişdi.

Əldə etdiyimiz son məlumata görə, hazırkı durum qışdan sonra da davam edəcək. Yəni əlavə büdcə nəzərdə tutulmadığı üçün kluba tərcüməçi də dəvət olunmayacaq. Növbəti mövsüm necə olacağı isə növbəti mövsümün büdcəsindən asılı olacaq.