Stadionunda təmir işləri aparılan və soyunub-geyinmə otaqları yenidən qurulan “Kəpəz”in Bakıya köçmək variantı olsa da, bu, baş verməyəcək.

Rekord.az xəbər verir ki, təmir işləri yekunlaşana qədər komanda elə Gəncədə qalacaq, məşq və oyunlarını da doğma şəhərində keçəcək.

Problem isə vaqonların köməyi ilə həll olunacaq. Belə ki, rəhbərlik stadion ərazisinə müvəqqəti olaraq iki ədə vaqon gətizdirəcək. Həm komanda, həm də çempionat vaxtı rəqiblər həmin vaqonlarda formalarını dəyişib meydançaya çıxacaq. Vaqonlarda hamam və isti su xətti də quraşdırılacaq.