UEFA, PFL və "CBC Sport" nümayəndələri qazonu yenilənən Yevlax stadionuna baxış keçirib.

Rekord.az-a daxil olan məlumata görə, stadionda bəzi qüsurlar aşkarlanıb ki, klub da yaxın 1 həftədə bunların aradan qaldırılacağına söz verib.

Bundan sonra PFL "Kəpəz"lə növbəti tur matçının burada oynanılmasına icazə verə bilər. Düzdür, PFL-in rəsmi saytında "Karvan" - "Kəpəz" matçını oynanılacağı məkan kimi Şamaxı göstərilib. Lakin qüsurlar aradan qaldırılacağı halda məkan dəyişdirilə bilər. Yəni PFL də Yevlax azarkeşlərinin "Karvan"ı doğma rayonda dəstəkləməsinin tərəfdarıdır. Lakin burda bir məqam var ki, ilk növbədə UEFA stadiona sertifikat verməlidir ki, bu məsələ yubanır. Əslində ötən həftə verilməli idi. Lakin müəyyən səbəblərdən bu həftəyə qaldı. Həmin sertifikat veriləndən sonra "Karvan"ın Yevlaxa dönüşündə də problem qalmayacaq.