"Karvan-Yevlax" - "Kəpəz" oyununun yeri dəyişdirildi
- 21:26
- 39
Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasının 12-ci turunun "Karvan-Yevlax" - "Kəpəz" oyununun yerini dəyişdirib.
Rekord.az xəbər verir ki, sözügedən matç Yevlax şəhər stadionunda baş tutacaq.
PFL-in rəsmi saytında daha əvvəldən qarşılaşmanın keçiriləcəyi arena Şamaxı şəhər stadionu göstərilsə də, bu gün məkanın yeri dəyişdirilərək Yevlax şəhər stadionu ilə əvəzlənib.
Qeyd edək ki, "Karvan-Yevlax" - "Kəpəz" oyunu noyabrın 21-də, saat 14:00-da start götürəcək.