Məlum olduğu kimi, veteran futbolçu, hazırda Kamerun Futbol Federasiyasına rəhbərlik edən Samuel Eto Qətərdə qalmaqallın olayın iştirakçısı olmuşdu.

Rekord.az xəbər verir ki, Əlcəzairdən olan bir "yutuber"lə aralarında yaşanan mübahisədən sonra "yutuber"ə hücum çəkən Eto onun sifətinə təpiklə zərbə endirmişdi.

Bu olay isə qısa zamanda böyük müzakirələrə yol açmış, böyük əksəriyyət bu addımına görə sabiq ulduzu qınamışdı. Məsələ ilə bağlı Kamerun Futbol Federasiyası məlumat yayıb. Məlumatda iddia olunur ki, özünü Romain Molina kimi təqdim edən jurnalist hadisədən öncə Etoya whatshap hesabından yazıb və bildirib ki, onun əlində Etoya dair müxtəlif audio məlumatlar var. Həmin məlumatlarln yayılmaması qarşılığında Etoda 25 min avro tələb edib. Eto onun mesajlarına cavab verməyincə, stadionda qarşısını kəsib eyni məsələni onun diqqətinə çatdırıb. Məhz bundan sonra məlum qalmaqal yaşanıb. Federasiyanın məlumatında eyni zamanda bildirilib ki, Eto heç vaxt bu şantajçılarla əlaqədə olmayıb və bundan sonra da olmayacaq.