"Cenoa" baş məşqçisi Patrik Vieyra vəzifəsindən ayrılıb.


Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Komanda müvəqqəti olaraq Roberto Murqitaya tapşırılıb.


"Cenoa" A Seriyasında 9 oyundan sonra 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.