
İsveçrə şirkəti AFFA Lisenziyalaşdırma qrupunun fəaliyyətinə qiymət verdi
- 10 Yan 2022 20:46
- 541
İsveçrənin SGS şirkəti 2021-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Şirkət tərəfindən AFFA-ya ünvanlanmış təbrik məktubunda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Lisenziyalaşdırma qrupu 2022-23-cü il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.