“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 11-ci turunun “Sabah”la oyunundan sonra (1:3) mətbuat konfransında iştirak edib.


Rekord.az xəbər verir ki, gəncəlilərin baş məşqçisi oyunlara istədikləri heyətlə çıxa bilmədiklərini deyib:


“Zəfər günü”müzü təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Oyuna gəldikdə, istədiyimiz heyətlə meydana çıxa bilmirik. Bütün oyunlar çətin keçir. Nəsə etmək istəyirik. Sadəcə, cüzi səhvləri təkrarlayırıq və istəmədiyimiz qolları buraxırıq. Amma komandanı istədiyimiz formaya salacağıq. Rəqibi təbrik edirəm.


Ötən mövsüm də komandanı götürdükdən sonra üç məğlubiyyət yaşadıq, ardınca bir qələbə qazandıq. İndi isə əksi oldu. Enişlər yaşadıq. Bu gün Dioqo Verdaşka yox idi. Ötən mövsüm tam fərqli vəziyyət idi. Səbəbləri bilirəm. Amma bu, problemlərin həlli deyil. Qışa qədər maksimum xallar toplamağa çalışacağıq”.