Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Parkda MMA idman növü üzrə master-klass keçirilib.

Rekord.az xəbər verir ki, keçirilən tədbirdə məşqçi-müəllim iştirakçılara bu idman növünə olan marağın artmasından danışaraq, praktiki olaraq müxtəlif texniki fəndlər göstərib.

İdman tədbirinin təşkilində məqsəd bu idman növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir