İsmayıllı şəhər Heydər Əliyev adına parkda yerləşən minifutbol meydançasında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində  minifutbol idman növü üzrə kütləvi idman tədbiri keçirildi.

Rekord.az xəbər verir ki, tədbirinin keçirilməsində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında idmana maraq oyatmaq, onların fiziki aktivliyini artırmaq, sağlam həyat təzinə çağırış, asudə vaxtın səmərəliliyi, minifutbol idman növünə kütləviliyin artırılması və istedadlı futbolçuların üzə çıxarılmasından ibarət olmuşdur.

Tədbirdə rayonun orta məktəb şagirdləri iştirak edib.