“İnanıram ki, Fransa ilə matçda nəticə qazana bilərik” - Bədəlov
- 20:30
- 35
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa yığması ilə matçda nəticə qazana bilər.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov mətbuat konfransında deyib.
O, qarşılaşmanın çətin keçəcəyini vurğulayıb:
"Fransa güclü rəqibdir. Amma biz oyuna hazırıq. İnanıram ki evdəki son oyunda nəticə qazana bilərik".
Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.