Apellyasiya Arbitraj Tribunalı "İmişli" klubuna verilmiş texniki məğlubiyyətlə bağlı qərarı qüvvədə saxlayıb.


Rekord.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.


Bölgə təmsilçisi apellyasiya şikayəti versə də, AFFA İntizam Komitəsinin qərarı olduğu kimi qalıb.


Premyer Liqanın 4-cü turunda "Sumqayıt"ı məğlub edən "İmişli" komandasına texniki məğlubiyyət verilib. Buna həmin matçda adı protokolda olmayan futbolçunun meydana çıxması səbəb olub.