AFFA-nın dəstəyi ilə I Diviziona buraxılan "İmişli" hazırlıqlarını davam etdirir.

Rekord.az xəbər verir ki, müxtəlif bölgələrdən düşərgəyə futbolçular gəlsə də, əsas üstünlük yerlilərə verilir.

Komandanın üzləşdiyi əsas problem stadionla bağlıdır. Əldə etdiyimiz məlumata görə, komanda ev oyunlarını rayonun Heydər Əliyev adına mərkəzi stadionunda keçirmək istəyir. Lakin iş ondadır ki, sözügedən arenanın ot örtüyü yaxşı vəziyyətdə deyil. Hazırda qazonun bərpası üçün işlər görülür. Lakin qısa zamanda hər şeyin yaxşı olacağı çətin görünür. Əgər İmişli stadionu mövsümün startına kimi hazır olmasa, "İmişli" böyük ehtimalla ilk dövrədəki ev oyunlarını qonşu Saatının olimpiya kompleksinin stadionunda keçirəcək. Artıq kompleks rəhbərliyi ilə danışılıb və razılıq da əldə olunub.