İlk dəfə azərbaycanlı futzal hakimi final mərhələsində
- 16:00
- 26
Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.
Rekord.az xəbər verir ki, o, Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avropa çempionatı – 2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq.
Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.
Beləliklə, tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.