
İbrahimoviç Ronaldonun rekorduna şərik oldu
- 10 Yan 2022 21:04
- 528
“Milan” İtaliya A Seriyasında “Venetsiya”nı məğlub edib.
Rekord.az istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən matçda bir qol vuran Zlatan İbrahimoviç yeni uğura imza atıb.
“Venetsiya” isveçli hücumçunun TOP-5 çempionatlarında qol vurduğu 80-ci komandadır. İbrahimoviç 80 fərqli komandaya qol vuran ikinci futbolçu olub.
İbrahimoviç bununla da, portuqaliyalı hücumçu Kriştiano Ronaldonun rekorduna şərik olub. Ronaldo Avropanın TOP-5 çempionatlarında çıxış edən 80 fərqli komandaya qol vuran ilk futbolçu idi.