Bu gün "Turan Tovuz"la əməkdaşlıq müqaviləsi imzalayan "Huner Group" klubun İdarə Heyətində iki şəxslə təmsil olunacaq.

Rekord.az-a daxil olan məlumata görə, həmin şəxslərdən biri Pərvin Orduxanlıdı. 

Şirkət tərəfindən onun namizədliyi irəli sürülüb və güman ki idarə heyətinin toplantısında təsdiqlənəcək. Orduxanlı futbol aləmində yeni olsa da, gənc və perspektivli, özünü yaxşı tərəfdən göstərə bilmiş, idarəçilik qabiliyyəti olan biri kimi tanınır.