Azərbaycanda II dərəcəli güləş hakimlərinin sayı 8-ə çatıb.


Rekord.az xəbər verir ki, İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında ölkəmizi təmsil edən Kənan Hacıəliyev və Sevinc Yusibova Dünya Güləş Birliyi tərəfindən təşkil olunan imtahanlardan uğurla keçiblər.


Onlar beynəlxalq kateqoriyalarını artıraraq II dərəcəyə yüksəliblər


Bununla da ümumilikdə 8 azərbaycanlı hakim II kateqoriyaya yüksəlib.