Yeni mövsümdən bizim Premyer Liqada da VAR sistemi tətbiq olunmağa başlayıb.

Rekord.az xəbər verir ki, ilk turlarda hakimlərin hər epizodda VAR-a müraciət etməsi, uzun-uzadı müzakirələr aparması, yekunda oyunun əsas vaxtına 7-10-12 dəqiqə artırılması heç də birmənalı qarşılanmırdı.

Əldə etdiyimiz məlumata görə, məhz ictimaiyyətdəki narazılıqlardan sonra Hakimlər Komitəsinin sədri, eyni zamanda VAR mütəxəssisi Barış Şimşək hakimlərə tapşırıq verib ki, hər adi epizoda görə VAR-a qaçmasınlar. VAR-a baxılanda da müzakirələr qısa sürsün və 3 dəqiqə ərzində qərar verilsin. Ümumiyyətlə, elə etsinlər ki, əsas vaxta 5-6 dəqiqədən artıq vaxt əlavə olunmasın.