Gültəkinlə Günay Avropa çempionatının finalında
- 01:49
- 34
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın 3-cü günündə 50, 55 və 59 kq-da yer alan qadın güləşçilərimiz xalçaya çıxıb.
Əsmər Cankurtaran (50 kq) 1/4 finalda rumıniyalı Ana Mariya Rotaruya 2:11 hesabıyla məğlub olub.
Gültəkin Şirinova (55 kq) bolqarıstanlı Nəsrin Sebaydinova Süleymanovanı (6:1) və moldovalı Mihaela Samoiliyə (7:3) qalib gələrək finala vəsiqə qazanıb. Gültəkin sabah həlledici görüşdə macarıstanlı Gerda Tereklə güləşəcək.
Günay Qurbanova (59 kq) rusiyalı Yekaterina Radişyovaya (12:0), bolqarıstanlı Viktoriya Boynovanı (tuş) və rumıniyalı Ana Maria Puiuyu (tuş) vaxtından əvvəl üstələyib. Günay finalda belaruslu Marta Hetmanavayla qarşılaşacaq.