Güləşçilərimiz Rusiyada fərqləndi
- 18:00
- 25
Rusiyanın müxtəlif şəhərlərində güləş yarışları keçirilib.
Rekord.az xəbər verir ki, Yakutskda təşkil edilən sərbəst güləş üzrə turnirdə Ali Tsokayev (86 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
Cəbrayıl Hacıyev (79) isə üçüncü yeri tutub.
Tarko-Sale şəhərində isə yunan-Roma güləşi üzrə yarış baş tutub. Turnirdə Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq) və Məhəmməd Əhmədiyev (97 kq) bürünc medal qazanıb.