Gəncə stadionunda təbii örtüklü qazonun salınması işləri davam etdirilir.

Rekord.az xəbər verir ki, hazırda torpaqlanma işləri aparılır.

 Bu işlər yekunlaşandan sonra toxum səpiləcək. Bundan sonra ota qulluq prosesinə start veriləcək. Qarşıdan qış aylarının gəldiyini nəzərə alsaq, yubanmalar istisna olunmur. Ümumilikdə isə stadionun aprelə kimi hazır olunması nəzərdə tutulub.