Final oyununun tarixi açıqlandı
- 17:30
- 29
Futzal üzrə Azərbaycan 1-ci Liqasında 3-cü yer və final oyununun tarixi müəyyənləşib.
Bu barədə Rekord.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Mövsümə mayın 7-də yekun vurulacaq. Həmin gün, saat 18:30-da "Olimpik Star"da "Baku Fire-2" və "Xan Lənkəran" komandaları üçüncü yer uğrunda görüşə çıxacaqlar.
Saat 20:00-da isə PFL və "Star kargo" final matçında münasibətlərə aydınlıq gətirəcəklər.