FIFA-nın Azərbaycanda oynamış futbolçuya qarşı sanksiyası qüvvədə qaldı
- 14:20
 - 37
 
FIFA-nın Apellyasiya Komitəsi Malayziya millisinin 7 futbolçusuna qarşı sanksiyaları qüvvədə saxlayıb.
Rekord.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Futbolçuların apellyasiya şikayəti təmin edilməyib.
FIFA daha əvvəl oyunçuları sənədləri saxtalaşdırdıqlarına görə 12 ay diskvalifikasiya edib. Bunlar Fakundo Qarses, Qabriel Felipe, Rodriqo Olqada, İmanol Maçuka, Joau Fiqeyredu, Hektor Hevel və "Sabah"ın sabiq üzvü Con İrasabaldır.
Malayziya Futbol Assosiasiyası FIFA-ya sorğu təqdim etdikdən sonra adı çəkilən oyunçuların iyulun 10-da Asiya Kubokunun seçmə mərhələsində, Vyetnamla qarşılaşmada oynmasını təmin etmək məqsədi ilə saxta sənədlərdən istifadə edib.
Apellyasiyanın rədd edilməsi səbəbindən hər oyunçu təxminən 2100 avro cərimə ödəməli olacaq. Malayziya Futbol Assosiasiyası isə 374 min avro cərimələnib.
2022-2025-ci illərdə "Sabah"ın formasını geyinən Con İrasabal 2024/2025 mövsümündə paytaxt klubunun heyətində Azərbaycan Kubokunun qalibi olub.