FIFA lisenziyalı agent və skautlar “Sumqayıt”ın qonağı olublar
- 17:45
- 30
FIFA lisenziyalı xarici agent və skautlar "Sumqayıt" Futbol Klubunun bazasında qonaq olublar.
Rekord.az xəbər verir ki, klub rəsmiləri tərəfindən komandanın strategiyası barədə qonaqlara bir sıra məlumatlar verilib.
Daha sonra isə onlar "gənclik şəhəri" təmsilçisinin ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və "SOCAR Polymer" təlim-məşq mərkəzi ilə tanış olublar.