FİFA ilə bir neçə futbolçuların Həmkarlar İttifaqı arasında keçirilən görüşdə oyunçuların həyatını yaxşılaşdırmaq ideyaları müzakirə olunub.


Rekord.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mərakeşdə baş tutan görüşdə oyunçuların iş şəraiti ilə bağlı əsas bu təşəbbüslər təsdiqlənib:


Matçlar arasında ən azı 72 saat istirahət;

Mövsümlərarası fasilədə ən azı 21 gün istirahət;

Həftədə bir gün istirahət.


İclasda, həmçinin, uzun məsafəli uçuşlar və futbolçuların üzləşdiyi iqlim şəraiti ilə bağlı əlavə tədbirlərin görülməsi zərurəti müzakirə olunub. Bütün bu məsələlər digər maraqlı tərəflərlə daha sonra müzakirə olunacaq. İclasda klublarının üzləşdiyi maddi sıxıntı səbəbindən maaşlarını ala bilməyən peşəkar futbolçular üçün FİFA-nın maliyyə dəstəyi fondu yaradacağı da açıqlanıb.