Portuqaliya millisinin və "Atletiko"nun futbolçusu Joao Feliks əməliyyat olunacaq.

Rekord.az xəbər verir ki, bu barədə goal.com saytı məlumat yayıb. Topuq nahiyəsindən əməliyyat olunacaq 21 yaşlı hücumçu 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Portuqaliya yığması ötən gün Belçikaya uduzmaqla Avro-2020-də mübarizəni dayandırıb. Feliks isə 2019-cu ildən millinin üzvüdür.