Əli Qurbaninin "Sumqayıt"da qalıb-qalmayacağı hələ də məlum deyil.

Rekord.az xəbər verir ki, sumqayıtlılar hücumçuya yeni müqavilə təklif edib.

Lakin Əli hələ ki, bu təklifə cavab vernəyə tələsmir. Onun bu qeyri-müəyyən hərəkəti isə baş məşqçi Ayxan Abbasovu narahat edir. Çünki Abbasov Qurbanidən qısa zamanda qəti cavab gözləyir. Əgər "yox" deyəcəksə, Abbasov ən qısa zamanda yeni hücumçu axtarışına çıxsın. Çünki Konfrans Liqasının startı yaxınlaşır və ona kimi komandanı tam komplektləşdirmək lazımdır.