“Din mövzusuna toxunmağım doğru deyildi”
- 15:00
- 60
"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 10-cu turunda "Neftçi" ilə matçdan (1:5) sonra mətbuat konfransında söylədiyi sərt fikirlərlə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, mütəxəssis emosiyalara qapıldığını etiraf edib.
"Son iki oyunda baş verən hadisələr fonunda bir qədər emosiyalara qapıldım. “İmişli” ilə görüşdə aldığımız qırmızı vərəqə, eləcə də bu oyunda verilən şübhəli 11 metrlik cərimə zərbəsi müəyyən narazılığa səbəb oldu. Düşünürəm ki, din mövzusuna toxunmağım doğru deyildi. Hakimlər də insandır, onların da səhv etməsi mümkündür. Futbol emosiyalar üzərində qurulan bir oyundur. Artıq hər şey geridə qalıb. Qarşıdakı oyunlara köklənərək, çempionatda istədiyimiz nəticələri qazanmağa çalışacağıq".