"Yuventus" futbolçusu Paolo Dibala ilə yeni müqavilə imzalamağa hazırlaşır. 

Rekord.az xəbər verir ki, bu barədə "Skysports İtalia" məlumat yayıb.

Turin təmsilçisi 27 yaşlı hücumçunun maaşını artırmaq şərti ilə onunla yeni sözləşmə imzalayacaq. Belə ki, argentinalı oyunçu klubda 8,4 milyon sterlinq məvacib alacaq. Bununla da o, "Yuventus"da Matteyis de Liqtlə bərabər ən çox maaş alan futbolçu olacaq. 

Qeyd edək ki, Dibala 2015-ci ildən "Yuventus"da oynayır.