DÇ-2026 üçün pley-off səbətləri müəyyənləşdi
- 14:00
- 28
2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının iştirakçılarının yer aldığı səbətlər müəyyənləşib.
Rekord.az xəbər verir ki, səbətlərin tərkibi aşağıdakı kimidir:
1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;
2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;
3-cü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;
4-cü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.
Pley-off iştirakçıları mundiala vəsiqə uğrunda iki tək matçlıq raund - yarımfinal və final qarşılaşmaları oynayacaqlar.
Yarımfinal oyunları martın 26-da, final görüşləri isə martın 31-də keçiriləcək. Pley-offun püşkatma mərasimi isə noyabrın 20-də olacaq.
1-ci səbətdəki komandalar 4-cü səbətdəki millilərlə, 2-ci səbətdəki yığmalar isə 3-cü səbətdəki ölkələrin təmsilçiləri ilə üz-üzə gələcəklər.