Şabran rayon Ağsaqqallar Evində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru tərəfindən Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Dama idman növü üzrə Şabran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-nin direkrotu İlqar Məqami, məşqçi-müəllimlər və 26 nəfər həvəskar idmançı iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd Vətən Müharibəsi Şəhidlərinin xatirəsinin yad edilməsi, yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, perspektivli idmançıların aşkar edilməsi, onların aktiv həyata cəlb edilməsi və asudə vaxtının səmərəli təşkil edilməsidir.

Tədbirin sonunda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif dərəcəli diplomlarla təltif olunmuşlar.