Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.


Rekord.az xəbər verir ki, yarışın 4-cü günündə Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə qoşulacaq.


Nərgiz Səmədova (53 kq) 1/4 finalda litvalı Vestina Daniseviçyusla üz-üzə gələcək. Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) isə təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar.


Bu gün həmçinin finalda Gültəkin Şirinova (55 kq) macarıstanlı Gerda Terek, Günay Qurbanova (59 kq) isə belaruslu Marta Hetmanava ilə qarşılaşacaq.


Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Ali Tsokayev (92 kq) Avropa çempionu olub. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.


Avropa çempionatına martın 15-də yekun vurulacaq.