ÇL: “Araz-Naxçıvan”dan heç-heçə
- 30 Okt 2025 23:28
- 39
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Lüksemburq çempionu "Differdanje 03" ilə üz-üzə gələn Naxçıvan klubu 2:2 hesablı heç-heçəyə razılaşıb.
Azərbaycan təmsilçisinin qollarını Can Perruzo (15) və Luici Lonqo (38) vurublar.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın "Yunayted Qalati" klubunu məğlub edib - 2:1. "Araz-Naxçıvan" əsas mərhələdə sonuncu matçını noyabrın 1-də Niderlandın "Tigers Roermond" komandasına qarşı keçirəcək.