“Çempionata rəng qata bilmişik” - Ayxan Abbasov
- 19:00
- 32
“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunda “Kəpəz”i qəbul edib.
Rekord.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn “şirlər”in baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov çox xoş qalibiyyət olduğunu bildirib:
“Bizim üçün xoş qalibiyyət oldu. Çoxdandır azarkeşlərimiz qarşısında qələbə qazana bilmirdik. Bilirdik ki, onlar da bunu istəyir. Yaxşı, dinamik oyun oldu. Layiqli qələbə qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm, qarşıdakı oyunlara baxacağıq.
Üzücü məğlubiyyətlərimiz olub. Xüsusən, “Kəpəz”ə qırmızı vərəqə aldıqdan sonra uduzduq. Bilirdik bu dəfə də bizə qarşı aqressiv çıxış edəcəcəklər. Çünki turnir cədvəlindəki yerləri də yaxşı deyil. Düşünürəm ki, çempionatımıza rəng qata bilmişik.
Peşəkər komandayıq. Çempionatın əvvəlində hədəfimiz Premyer Liqada qalmaq idi. Amma bu il kubokda da yaxşı şanslarımız oldu. Bəzi oyunlar var idi ki, yaxşı oynayıb qalib gələ bilmədik. Bəlkə də, bu gün ilk dördlükdə qərarlaşa bilərdik. Amma ümumən, hədəfimiz Premyer Liqada qalmaq idi və qışdan bəri bu baxımdan rahatıq.
Cahangir Fərəcullayevlə (AFFA-nın baş katibi) görüşlərimizdə çox mövzulara toxunuruq. Onlardan biri də hakimlikdir. Burada klubların da, medianın da günahı var. Lazımsız ajiotaj yaradılır. Hakimlərin üzərinə bu qədər getmək olmaz. Onların səhvləri müzakirə olunanda qorxurlar, çəkinirlər. Bundan əlavə, mən bilmirəm ki, burada Hakimlər Komitəsinin üzvü deyiləm? (əsəbiləşir) Olmaz belə”.