"Cəbrayıl"ı alan şəxslər daha əvvəl "Zaqatala"nı almaq istəyib - ÖZƏL!
- 11:00
- 21
"Kəpəz"in sabiq rəhbəri İlqar Nadirinin I Liqada çıxış edən "Cəbrayıl"I alması və adını dəyişərək "Gəncəbasar" qoyması haqda xəbərlər yayılıb.
Rekord.az xəbər verir ki, Nadiri özü də bu məlumatları təkzib etməyib.
Deyilənə görə, ad dəyişikliyinin rəsmləşməsi üçün sənədləşmə işləri yekunlaşmalıdır. Bizə isə məsələ ilə bağlı maraqlı məlumat daxil olub. Məlumata görə, Nadiri "Cəbrayıl"dan əvvəl "Zaqaqala"nı almaq istəyib. Hətta onun Musa Qurbanovla söhbəti də olub. Lakin Qurbanov "Zaqatala"nı satmaqdan imtina edib. Yalnız bundan sonra Nadiri "Cəbrayıl"a üz tutub.