“Bütün oyunlarda istəkli olmuşuq” - Samir Abasov
- 20:20
- 44
“Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 10-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 5:1 hesablı qələbə barədə bunları söyləyib:
“Abubakarın komandada böyük rolu var, təcrübəli futbolçudur. Hər yerdə belədir ki, komanda təcrübəli oyunçunun oyununa uymağa çalışırlar. Biz bütün oyunlarda istəkli idik. Mətbuat konfransını bir futbolçuya həsr etsək, digər oyunçulara haqsızlıq olar.
"Qarabağ"ın müdafiəsində heç bir boşluq yoxdur. Günü-gündən güclənirlər. Həmin matça qədər hələ vaxt var. "Qarabağ"a, Qurban Qurbanova "Çelsi" ilə oyunda uğurlar arzulayıram. Bizim derbiyə gəldikdə isə, maraqlı oyun olacaq. İki yaxşı komanda bir-biri ilə oynayacaq”.