Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində 9 medal qazanan qız stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi vətənə qayıdıb.

Rekord.az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) rəsmiləri və doğmaları qarşılayıblar.

Qeyd edək ki, məşqçilər Fərhad İsmayılov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nigar Mahmudova, Xədicə Əbilzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Aysu Ağayeva, Xədicə Eylazova və Yağmur Məmmədlidən ibarət yığma beynəlxalq turnirdə 2 gümüş, 7 bürünc medal qazanıb. İdmançılarımız yarış zamanı qarşılaşdıqları 8 erməni rəqibi məğlubiyyətə uğradıblar.