Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun  təşkilatçılığı ilə "Zəfər Günü" nə həsr olunmuş Sərbəst güləş üzrə idman növü üzrə turnir keçirilmişdir.   

Rekord.az xəbər verir ki, birinciliyin əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, idmançıların yarış təcrübəsini artırmaq, həmçinin idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. 

Birinciliyin yekununda qalib idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.