İspaniyanın “Barselona” klubunda müdafiəçi Samuel Umtiti ilə müqavilənin müddəti artırılıb.

Rekord.az xəbər verir ki, fransalı futbolçu ilə sözləşmənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Umtiti 2016-cı ilin yayından “Barselona”da çıxış edir. O, bu mövsüm La Liqada 1 oyuna çıxıb.