İspaniyanın "Barselona" komandası "Kamp Nou" stadionuna qayıdır.


Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.


Noyabrın 7-də bu arenada futbolçuların açıq məşqi baş tutacaq. Hazırlıq prosesini təxminən 23 min tamaşaçının izləyəcəyi gözlənilir.


Qeyd edək ki, "Barselona" sonuncu dəfə 2022/2023 mövsümündə bu arenada oynayıb. Daha sonra stadionda yenidənqurma işləri başlayıb.