Balakəndə sərbəst güləş üzrə rayon turniri keçirilib
- 10:30
- 27
Balakən Olimpiya İdman Kompleksində "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş sərbəst güləş üzrə açıq Balakən rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnir Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru və Balakən Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilib.
Turnirdə Balakən, Zaqatala, Qax, Şəki, Bərdə, Mingəçevir və Gəncə şəhərlərindən 205 idmançı iştirak edib. Turnirin açılışında Dövlət Himni və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon icra hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov,Balakən rayon Gənclər və İdman Sektorunun müdiri Rasim Paçalov turnir iştirakçılarını salamlayaraq onlara uğurlar arzuladılar. Turnir 3 yaş qrupunda keçirilmişdir və qalib gələn idmançılar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.