Bakıdakı DÇ-də qadın güləşi üzrə mübarizə başa çatdı
- 00:30
- 30
Bakıda güləş üzrə U17 dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın beşinci günündə qadın güləşi üzrə yarışa yekun vurulub.
Gülxanım Şirinova (40 kq) təsəlliverici görüşdə monqolustanlı Azzaya Battulqaya tam üstünlüklə (10:0) qalib gəlib. Həmyerlimiz bürünc medal qarşılaşmasında türkiyəli Şirin Askaraya (4:12) məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Fatimə Bayramova (53 kq) isə təsəlliverici görüşdə macarıstanlı Mariya Jıtovoza 0:2 hesabıyla uduzub.