Bakıda Strateji İnkişaf Seminarı keçirilib
- 20:15
- 38
Oktyabrın 29-da Bakıda “Wyndham Garden” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı, UEFA Grow proqramının dəstəyi ilə seminar keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin əsas məqsədi seminar iştirakçılarını səmərəli planlaşdırma üçün lazımi dəstək mexanizmləri ilə təmin etmək, müasir metodoloji yanaşmaları təqdim etmək və onların praktiki tətbiqi imkanlarını araşdırmaqdan ibarət olub.
Seminar UEFA-nın Grow Strategiyası üzrə Mentorları (UEFA Grow Strategy Mentors) tərəfindən təşkil olunub və interaktiv formatda keçirilib. Sessiya iştirakçılar arasında fəal qarşılıqlı əlaqə və fikir mübadiləsini asanlaşdıraraq, futbolun inkişafı çərçivəsində strateji planlaşdırma və həyata keçirmə proseslərini daha dərindən anlamağa kömək edib.