 
        Azərbaycanlı FIFA referisi “Napoli”nin oyununa təyinat aldı
- 31 Okt 2025 19:45
- 54
FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya) oyununun baş hakimi olacaq.
Rekord.az xəbər verir ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Görüş noyabrın 4-də Çerkola şəhərində yerləşən “Cüzeppe Pikkolo” stadionunda, Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        